Məşhur aktyor Mel Gibsonun keçmiş sevgilisi və qızının anası Oksana Qriqoryevanın yaydığı gizli səs yazıları başına bəla olub. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Gibson ilə 49 yaşlı Qriqoryeva 2009-cu ildən sevgili olmuşdular.
2010-cu ildə Oksanadan ayrılan Gibson ona 15 milyon dollar ödəməyi qəbul edib. Lakin, sonradan bu rəqəm 750 min dollara qədər enib. Gibsonun tək şərti isə Oksanın aralarında baş verənlərlə bağlı mətbuata danışmaması ilə bağlı olub.
Bundan sonra aktyor keçmiş sevgilisinə 250 min dollar ödəyib. Oksananın bir radio proqramında münasibətləri barədə danışdığı səs yazıları yayıldıqdan sonra isə Gibson geri qalan 500 min dolları ödəməkdən imtina edib.
Oksana bu hərəkətinə Gibson fanatlarının böyük tənqidi ilə üzləşib.
Qeyd edək ki, onların bir qızı var.