Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il mart ayı ərzində 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunlar "Greenvvich Travel Club", "RSP", "Bakıtrans" və "Eden travel" Məhdud Məsuliyyətli cəmiyyətləridir.Bununla yanaşı, mart ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verilib. "Sheraton Baku Airport" mehmanxanasına 5 ulduz, "Teatro Boutique Hotel" mehmanxanasına 4 ulduz, "Lake Palace" mehmanxanasına 4 ulduz, "Atrium" mehmanxanasına 4 ulduz və "Qorqud" mehmanxanasına 4 ulduz verilib.
Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.