Aprelin 2-də “Tərk edilmiş” filminin premyerası keçiriləcək

Aprelin 2-də “Tərk edilmiş” filminin premyerası keçiriləcək backend

Aprelin 2-də Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan “Tərk edilmiş” dram filminin premyerası keçiriləcək. Trend xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.

Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”. Xatırladaq ki, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdiyi ekran əsərində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər. Premyerada “Tərk edilmiş” filminin yaradıcı heyəti, Türkiyənin tanınmış kino ulduzları, eləcə də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes nümayəndələri iştirak edəcək. Aprelin 2-dən etibarən ekran əsəri bütün kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, filmin İstanbulda premyerası martın 27-də baş tutacaq. Premyeradan sonra film Türkiyənin 174 kinoteatrında nümayiş olunacaq. Aprelin 2-si “Terkedilmis” filminin premyerasına 28 Cinemada baxa bilərsiniz.
Diaspora