Avqustun 2-də hər il Milli Kino günü kimi qeyd edilir. Kinomatoqrafçılar İttifaqı hər il bu gün münasibətilə müxtəlif nominasiyalarda kino xadimlərini mükafatlandırır və Kino gününü təntənəli çəkildə qeyd edir.
Lakin bir neçə ildir ki, ittifaqın bu səpkidə fəaliyyətində axsama müşahidə edilir. Bu da təbii ki, müəyyən səbəblərlə bağlıdır.İttifaqdaın katibliyindən Moderator.az-a verilən məlumata görə, bu il vəziyyət daha da qəlizdir. Qəlizliyin səbəbi isə bu cür izah edilir:
“Kino günü ilə bağlı katibliyin iclası iyul ayının axırıncı həftəsinə planlaşdırılıb. Təqdimetmə isə avqustun biri olacaq. Qərar vermək çətin olacaq. Çünki, üzvlərin müəllifi olduğu filmlər yox dərəcəsindədir. Qərar vermək çətindir. Katibilik ittifaqın düşdüyü durumdan çıxış yollarını da axtaracaq”.