"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı – "Azərbaycan Hava Yolları" Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi spottinq-tədbiri barədə elan edir. Rəsmi spottinq iyulun 1 və 2-də keçiriləcək.
Fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. foto-yaddaşa almaq üçün unikal imkan yaradılacaq.Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
İştirak üçün ərizələr iyunun 23-dən 29-dək [email protected] e-mail ünvanına qəbul edilir. Məktubun mövzu hissəsində "Spottinq üçün ərizə", mətndə isə - adı, soyadı və ata adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan foto avadanlığın siyahısını qeyd etmək lazımdır. Həmçinin fotoşəkillərinizin dərc ediləcəyi veb sayt və ya sosial şəbəkələrdə səhifələri (əgər varsa) göstərmək arzuolunandır .
Tədbirin keçirilmə tarixi:
• 1 iyul, cümə - peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəlcədən iştirak etmiş şəxslər üçün spottinq.
• 2 iyul, şənbə - foto və aviasiya həvəskarları üçün spottinq.
İştirakçıların minimum yaş həddi - 18 yaş.
Diqqətinizə çatdırırıq ki, iştirakçıların hər qrupunda yerlərin sayı məhduddur, bu məqsədlə ərizəni maksimum operativ və yuxarıda sadaladığımız tələblərə uyğun göndərmək lazımdır. Spottinqdə iştirakın təsdiqi kimi "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq.
Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları”-nın rəsmi Facebook səhifəsinə müraciət etmək olar:www.facebook.com/azalqsc