Heyvanlara, ağaclara konsert verilməsini biz yerli müğənni və bəstəkarımız Elza Seyidcahandan görmüşdük. Xanım müğənni deyəndə ki, ilkə imza atıram və məndən sonra bunu hər kəs edəcək, heç kəs inanmırdı. Budur, çox gözləməli olmadıq: tanınmış italyan bəstəkarı və pianisti Lüdoviko Eynaudi Arktikada buzlaqlar üçün konsert verib.
Bunun üçün bəstəkar xüsusi üzən platformanın üstünə royalını yerləşdirib və üzə-üzə bütün buzlaqları "salam”layıb.Konsertin adı isə "Arktika üçün elegiya”dır. Bəstəkar bu mini-konsertdən zövq aldığını deyib və buzlaqların da feyziyab olduğuna ümid etdiyini bildirib: "Mən musiqi sədaları altında Arktikanın təmizliyinə, büllur gözəlliyinə heyran qaldım. Bu konserti verməkdə məqsədim insanların diqqətini Arktikanın əhəmiyyətinə, qorunmasına çəkmək idi”.