Türkiyənin məşhur müğənnisi və bəstəkarı Kayahan Açarın səhhəti pisləşib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi Acıbadəm xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilib.
Xatırladaq ki, uzun müddətdir ictimaiyyətin qarşısına çıxmayan 65 yaşlı Kayahan bu il fevralın 14-də İstanbulun Beşiktaş bələdiyyəsinin Sevgililər Günü münasibətilə təşkil etdiyi tədbirə qatılmışdı.