Alman Azərbaycan Mədəniyyət Evinin təşkilatı dəstəyi ilə Almaniyanın Köln şəhərində möhtəşəm Novruz gecəsi keçirilib.Trend-in məlumatına görə, gecədə 800-ə yaxın soydaşımızın iştirakı ilə yanaşı Türkiyə diasporasının fəalları, Almaniyada yaşayan başqa icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev bütün iştirakçıları salamlayaraq Novruzun xalqımız üçün əlamətdar bir bayram olduğunu qeyd edib.O bildirib ki, xalqımızın övladlar bu bayramı hər zaman harada yaşamalarından asılı olmayaraq böyük təntənə və sevinclə qeyd edirlər: “Alman Azərbaycan Mədəniyyət evidə hər il olduğu kimi bu ildə vətəndən uzaqda yaşayan soydaşlarımızın bu bayramı Azərbaycan abu havasında keçirmələri üçün əlindən gələni əsirgəməmişdir”.
Daha sonra tədbir Azərbaycandan dəvət olunmuş estrada müğənnilərinin və həmçinin Almaniyada fəaliyyət göstərən musiqiçilərimizin maraqlı çıxışları ilə davam etdirilib.
Qeyd edək ki, bu tədbirə Hollandiya, Avstriya, Belçika və İngiltərədən yaşayan soydaşlarımız da qatılıblar.