Mayın 25-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Açıq dərs" təşkil olunub. Kulis.Azın xəbərinə görə, dərsdə İncəsənət və Mədəniyyət Universitetinin tələbələrinə Polşanın teatr rejissoru Kristian Lyupanın quruluşunda A.P.Çexovun "Qağayı" tamaşasının videoçəkilişi nümayiş olunub.
Nümayişdən sonra tamaşa sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadənin iştirakı ilə müzakirə olunub.