Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət qurumları üçün Elektron Sorğu Sisteminə bağlı yeni xidməti olan İnformasiya Təhlükəsizliyi Kitabxanasını təqdim edib.
İKT.lent.az-ın Cert.gov.az-a istinadən xəbərinə görə, İnformasiya Təhlükəsizliyi Kitabxanası hazırda aşağıda sadalanan 7 əsas bölmədən ibarətdir:
1. Xidmətlər - FAQ - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin dövlət qurumlarına göstərdiyi mail xidməti, hosting xidməti, DNS xidməti, elektron sorğu sistemi və digər xidmətlər üzrə ən çox yaranan sual və məsələlərin izahı bu bölmədə izah olunacaq.
2. Təhlükəsizlik - İnformasiya təhlükəsizliyinə aid məlumatlar, sazlamalar, qorunma vasitə və metodları o cümlədən qaydalar, standartlar və tələblər bu bölmədə toplanacaq.
3. Məlumatlar/Xəbərdarlıqlar - İnformasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklər, dəyişikliklər o cümlədən boşluqlar və xəbərdarlıqlar barədə məlumatlar bu bölmədə toplanacaq.
4. Tədqiqatlar - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin informasiya təhlükəsizliyi sahəsində apardığı tədqiqatlar bu bölmədə toplanacaq.
5. Hüquqi Baza - İnformasiya təhlükəsizliyinə aid qanunvericilikdə nəzərdə tutulan bütün müddəalar bu bölmədə toplanacaq.
6. İnformasiya Təhlükəsizliyi Jurnalı - İnformasiya Təhlükəsizliyi Jurnalının bütün buraxılışlarının online nüsxəsi bu bölmədə toplanacaq.
7. Alətlər - KİMM mütəxəssislərinin və digər vendorların informasiya təhlükəsizliyi, proqramlama, rəqəmsal tədqiqat və bu kimi digər sahələrdə yaratdığı alət və tətbiqlər bu bölmədə toplanacaq.
İnformasiya Təhlükəsizlik Kitabxanasına (FAQ) yalnız AZSTATENET şəbəkəsinə qoşulmuş və Elektron Sorğu Sistemində qeydiyyatdan keçmiş dövlət qurumları üçün açıqdır.