Moskvada səfirimizə heykəl qoyuldu

Moskvada səfirimizə heykəl qoyuldu backend

Xalq artisti Polad Bülbüloğlunun Moskvada heykəlinin açılışı olub.


Axar.az xəbər verir ki, heykəl Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında yaradılıb. Abidənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, alim, əməkdar elm xadimi Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, eləcə də aparıcı Hacı Nuran iştirak edib.

Qeyd edək ki, heykəlin yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Zurab Seretelidir.
Diaspora