Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya (Susana Camaladinova) “Ukraynanın xalq artisti” adı verib. Bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi məlumat verib.
“Bu, fantastik qələbədir. Sən bununla insanların böyük əksəriyyətini xoşbəxt etdin”, - deyə prezident müğənniyə fəxri mükafatı təqdim edərkən deyib.
Xatırladaq ki, mayın 14-də Ukrayna təmsilçisi Camala 534 xalla “Eurovision 2016” mahnı müsabiqəsinin qalibi olub. Müsabiqədə 2-ci yerdə Avstraliya təmsilçisi Demi İm, 3-cü yerdə isə Rusiya təmsilçisi Sergey Lazarev qərarlaşıb. Azərbaycan 117 xalla 17-ci yer tutub.