Ukrayna gələn il "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırmaq niyyətində deyil. Ukraynalılar avropalı investorlara ümid edir. "Report" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.
"Avropalı mütəxəssislər cəlb etmək lazımdır. Çünki indi Stokholmda tətbiq edilən hədd çox böyük maliyyə yatırımları tələb edir", - deyə nazir bildirib.Y.Nişuk, həmçinin "Eurovision" mahnı müsabiqəsinə hazırlıq Mədəniyyət Nazirliyi, şəhər meriyası, milli televiziya şirkəti, "Eurovision-2016"nın qalibi Camalanın komandasındakı peşəkarlar tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, mayın 14-də İsveçin Stokholmda keçirilmiş "Eurovision-2016" finalında Ukrayna təmsilçisi Camala Krım tatarlarının repressiyasına həsr olunmuş "1944" mahnısı ilə müsabiqənin qalibi adını qazanmışdı.