“Dərs” filmi Münhen Film Festivalında nümayiş etdiriləcək

“Dərs” filmi Münhen Film Festivalında nümayiş etdiriləcək backend

“Dərs” tammetrajlı bədii filmi 34-cü Münhen Film Festivalının “Kinderfilm” bölümündə nümayiş etdiriləcək. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival iyunun 23-dən iyulun 2-dək davam edəcək. "Dərs" filminin nümayişi 27-30 iyunda “Qasteyq” mədəniyyət mərkəzində baş tutacaq. Film 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.


Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.
Diaspora