Tanınmış aktyorun səhhəti pisləşdi

Tanınmış aktyorun səhhəti pisləşdi backend

Ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı Məcnun Hacıbəyovun səhhətində problem yaranıb. ANS-in verdiyi məlumata görə, aktyor ürək xəstəliyindən şikayət edir.


“Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, - Məcnun Hacıbəyov bildirib.

Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır.
Diaspora