“Bethoven“ və “Evdə tək“ filmlərinin rejissoru dünyasını dəyişdi

“Bethoven“ və “Evdə tək“ filmlərinin rejissoru dünyasını dəyişdi backend

Azərbaycanda da məşhurlaşan "Bethoven 2" və "Evdə tək 4" filmlərinin rejissoru Rod Daniel dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, rejissor öz evində keçinib. Bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

"Kinorejissor 73 yaşında dünyasını dəyişib"

Kinorejissorun 73 yaşı olub. O, Çikaqonun İllinoys ştatında yaşayıb. Uzun müddət xəstəlikdən əziyyət çəkib. Rod Daniel 1942-ci ildə Tennesi ştatında dünyaya gəlib. Karyerasına aktyor kimi 1962-ci ildə başlayıb. Daha sonra Daniel bir neçə serialın çəkilişlərində iştirak edib. Onun ilk tammetrajlı rejissor işi 1985-ci ildə lentə alınıb. "Canavar Balası" adlı filmdə baş rolu aktyor Maykl Cey Foks ifa edib. Kinorejissoru məşhurlaşdıran ekran işləri arasında “Bethoven 2” (1993-cü il), "İt işi" (1989) və "Hamı Reymondu sevir" (1996-2005) filmləri olub. Onun sonuncu çəkdiyi film isə 2002-ci ildə "Evdə tək 4" olub.
Diaspora