Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Ukraynadan siyasi sığınacaq istəyib. Artist bu haqda Ukraynanın paytaxtı Kiyev şəhərində keçirdiyi mətbuat konfransında danışıb.
Ukraynanın kütləvi informasiya vasitələrinin məlumatında həmçinin bildirilib ki, onun bu qərarını həyat yoldaşı da dəstəkləyib."Mən dünən həyat yoldaşıma dedim ki, "Gəl, siyasi sığınacaq istəyək". O da "yaxşı" dedi", - deyə Gürcüstanın xalq artisti qeyd edib. O həmçinin əmin olduğunu bildirib ki, Ukraynadakı vəziyyət ölkədəki gürcü nazirlərin sayəsində teziklə sabitləşəcək.