Ermənistan bu il Vyanada keçiriləcək "Eurovision" müsabiqəsi üçün hazırladığı mahnının adını dəyişib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, "Don’t deny" (İnkar etmə) adlı mahnının adı "Face The Shadow" (Kölgənlə üzləş) olub.
Vyanada may ayında keçiriləcək müsabiqədə iştirak edəcək ölkə nümayəndələri ilə görüş keçirilib.Erməni tərəfi bu addımı mahnının siyasi motivli olması barədə yayılan məlumatlara son qoymaq üçün etdiyini açıqlayıb. Onların sözlərinə görə, mahnı sülh, tolerantlığa səsləyir.
Təşkilat komitəsi Ermənistanın iştirakını təsdiqləyib.
Xatırladaq ki, Ermənistanı may ayında Avstryada keçiriləcək müsabiqədə "Genealogy" qrupu təmsil edəcək.