Ramiz Əzizbəyli xəstəxanaya aparıldı

Ramiz Əzizbəyli xəstəxanaya aparıldı backend

Həkimlər xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin yenidən xəstəxana şəraitində müalicəsinə qərar verib.


Bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib: “İnsult xəstəliyi gec sağalan xəstəlikdir. Ramiz ev şəraitində müalicə olunurdu, amma həkimlər irəliləyişin olmadığını görüb yenidən xəstəxana şəraitində müalicəsinə qərar verdilər. On gündür ki, Ramiz Tusi adına Klinikada müalicə alır. Bu müalicə bir ay davam edəcək. Hər gün onu xəstəxanaya aparıb-gətiririk. Çətin yeridiyi üçün Ramizə idman terapiyası da təyin olunub. Nitqində qüsurlar aradan qalxmayıb, bu istiqamətdə də müalicəsi davam edir”.
Diaspora