Bərgüzar Korel və Halit Ergenç cütlüyünün baş rolda oynadığı "Bin bir gece" ("Min bir gecə") serialı Argentinada da izlənmə rekordu qırıb. Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, 2005-ci ildən etibarən yayımlanan serial bitsə də, müxtəlif ölkələrdə hələ də izlənilir. Serial Braziliyada da böyük maraqla qarşılanıb.
Bir müddət əvvəl hətta Çilinin sahil şəhəri olan Vine Del Mar-ın qadın bələdiyyə sədri Virciniya Reginotta seçicilərinin rəğbətini qazanmaq üçün "Şəhərimizə Bergüzar Korellə Halit Ergençi gətirəcəyəm" vədi vermişdi.“Min bir gecə“ hələ də rekord qırır

