“Novruz milli və dini kimliyimizin bir parçasıdır”

“Novruz milli və dini kimliyimizin bir parçasıdır” backend

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Tariximizdə Novruz bayramının rolu” adlı tədbir keçirilib

"Yeniufuq.org"-un verdiyi məlumata görə tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxunduqdan sonra Qazi Qarabağ azanı səsləndirilib. Birliyin sədri Sevinc Əzimbəyli tədbir iştirakçılarına tarixdə novruzun xalqımızın həyatında oynadığı roldan geniş söz açıb: “Novruz bayramı milli bayram olaraq, milli və dini kimliyimizin də bir parçasıdır. Əsrlərdir ki, xalqımız yeni günün gəlişi olan novruz bayramını dinimizin prinsipləri ilə üst-üstə düşən ənənələri həyata keçirməklə birlik və bərabərliyimizin qorunmasına xidmət göstərə biliblər.

Digər tərəfdən novruz bayramı milli adət-ənənələrimizdən biridir ki, qohumlara baş çəkmək, təmizlik və paklıq, bayramlaşma, yardımlaşma ənənələrini günümüzə qədər qoruyaraq tarixi keçmişimizə də sahib ola bilmişik.”-deyə tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Diaspora