Nizami Kino Mərkəzi repertuarında dəyişiklik edib

Nizami Kino Mərkəzi repertuarında dəyişiklik edib backend

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Nizami Kino Mərkəzi repertuarında dəyişiklik edib.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, martın 31-də kinoteatrın repertuarında olan komediya janrlı filmlərin nümayişi dayandırılacaq.
Bu addım Nizami Kino Mərkəzinin günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır.