Model-aparıcı Çağla Şikel canlı efirdə göz yaşlarını saxlaya bilməyib.
“Qafqazinfo” Hüriyyet-ə istinadən xəbər verir ki, Çağlayla Ali Şanın verilişinin bu dəfəki qonaqları məşhur ifaçı “Kıvırcık Ali”nin övladları Eren və Ecemgül olub. Qardaş-bacının ifası zamanı Çağla göz yaşlarına hakim ola bilməyib, Ali Şanın istəyi ilə canlı efiri tərk edib.Qeyd edək ki, Çağla ilə Emre Altuğ 7 illik ailə həyatına rəsmən son qoyublar.