İki mədəniyyət evinin direktoru işdən çıxarılıb, üç direktor töhmət alıb

İki mədəniyyət evinin direktoru işdən çıxarılıb, üç direktor töhmət alıb backend

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılır.

Qaziler.az bildirir ki, İdarədən APA-ya verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Aygün Məmmədovaya yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Günel Bəxtiyarovaya və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Zivər Abbasovaya töhmət verilib.

Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Afaq Bayramova və H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal Qədimov tutduqları vəzifədən azad olunublar.
Diaspora