Bakıda ilaxır çərşənbə münasibəti ilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək. Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, martın 17-də saat 11.00-da milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Azneft meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gəncik meydanında tonqal yandıracaqlar.
Mədəniyyət və Turizm İdarəsindən isə Lent.az-a bildirilib ki, martın 17-də saat 09:00-dan 19:00-dək paytaxtda müxtəlif bayram şənlikləri olacaq. Bundan başqa, bayram günlərində mədəniyyət müəssisələrində sərgi və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.Martın 17-də konsert və atəşfəşanlıq olacaq - BAKIDA

