İlhamə Quliyevanın qızılları Beynəlxalq Banka aparıldı - VƏKİL

İlhamə Quliyevanın qızılları Beynəlxalq Banka aparıldı - VƏKİL backend

Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya məxsus qızıl-zinət əşyaları dövlət tərəfindən Beynəlxalq Bankda qorunur. QAZİLER.AZ-ın azvews.az-a istinadən verdiyi məlumata görə, bu barədə mərhumun vəkili Habil Vəliyev xəbər verib. O bildirib ki, qızıl zinət əşyaları bir neçə gün öncə Bakı Şəhər Baş Prokurorluğunun istintaqçıları tərəfindən Beynəlxalq Banka aparılıb: “Bundan əlavə, İlhamə xanıma məxsus olan mənzillərin açarı hüquq-mühafizə orqanları tərəfindən oğlu Orxan Nadirova həvalə edilib. Bildirilib ki, İlhamə xanımın yas mərasimlərini, cümə axşamlarını Orxan Nadirov mərhumun öz evində verə bilər”.

Vəkilin sözlərinə görə, yaxın günlərdə İlhamə Quliyevanın bütün mirasının Orxan Nadirov və onun oğlu Ruslan Nadirova məxsus olması sübuta yetiriləcək: “Mən bunu qanuna söykənib deyirəm. Qoy bilsinlər ki, miras üstündə dava getmir. Qohumlar arasında münasibətlər də normaldır”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Diaspora