AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, Novruz Bayramı günləri ərzində İçərişəhərdə yerləşən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı gələn həftənin hər bir günü (19 – 27 mart) səhər saat 11.00-dan axşam 17. 00 - dək növbəli iş rejimində çalışacaqdır.
Girişi pulsuz olan muzey-sərgi zalında bayram günləri ərzində şəhərimizin sakinləri və qonaqları Azərbaycan tarixinin qədim dövrlərinə aid maddi-mədəniyyət nümunələri ilə tanış ola bilərlər.BAYRAM GÜNLƏRİNDƏ İÇƏRİŞƏHƏRDƏKİ MUZEY-SƏRGİ ZALI İŞLƏYƏCƏK

