“YARAT” Müasir İncəsənət Mərkəzinin təşəbbüsü ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” Mərkəzinin Novruz bayramına həsr olunmuş konserti keçirilib.
Musiqi nömrələrini Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən “İstedad” Mərkəzinin şagirdləri, xalq çalğı alətləri ifaçıları və xanəndələr xalq musiqisini müasir yanaşma ilə təqdim ediblər.
Konsert YARAT FreeStyle layihəsi çərcivəsində baş tutub.
Bu layihə, mütəmadi keçirilən musiqi tədbirləri silsiləsini – canlı ifa və musiqi eksperimentləri proqramını təqdim edir. Proqramın məqsədi müxtəlif janrlarda çıxış edən yerli musiqiçiləri diqqət mərkəzinə çəkən tədbirlər silsiləsi vasitəsi ilə yerli auditoriyanı həvəsləndirməkdir.