Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə "Gələcəyin günəşi" adlı Uşaqların və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilıb.
Trend-ə verilən məlumata görə, festivalda iştirak edən Gürcüstanın dövlət musiqi və rəqs ansamblının rəhbəri, şərəf ordenli xoreoqraf Zaal Çumburadzenin rəhbərlik etdiyi Qafqaz İncəsənət və Folklor Assoasiyasının "Gələcək”, “Eleoni”, “Şən notlar”, “Laqundi”, “Məkan”, “Kvarlei art studia" uşaq rəqs qrupları və Mərdəkan Mədəniyyət Sarayının "Azərbaycan qartalları" və "Lalələr" rəqs kollektivləri bir- birindən rəngarəng rəqs nömrələri nümayiş ediblər.
Festivalın əsas məqsədi iki ölkənin mədəniyyətlərini bir- birinə nümayiş etmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır. Tədbirdə yerli tamaşaçılarla yanaşı qonşu ölkədən gəlmiş 200 -ə qədər qonağ da iştirak edirdi.