Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumatya görə, bu gün İstiqlal Muzeyində “Torpaq uğrunda ölən varsa Vətəndir” layihəsi çərçivəsində Hikmət Nəzərli adına 27 saylı orta məktəbdə tədbir keçirdi.
Tədbirdə Azərbaycan Respublikası Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun qızı Nəsrəddinova Aynur, Milli Qəhrəman Hikmət Nəzərlinin yaxın qohumu Çimnaz Nəzərli, məktəbin direktoru Cəmilə Ramazanova, “Yayım” Assosiasiyasının sədri Yaşar Zeynalov, Qarabağ müharibəsi iştirakçıları çıxış etdilər, Qarabağ müharibəsinə həsr olunmuş film nümayiş olundu və məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya təqdim olundu.Tədbirdə məktəbin şagird və müəllim heyəti iştirak etdilər.