Martın 10-u Azərbaycanda Milli Teatr Günü keçiriləcək. Axar.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidentinin “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli, 2755 nömrəli sərəncamına əsasən 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur.
Bununla bağlı sabah Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə Milli Teatr Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək.
Tədbirdə teatr sahəsində xüsusi xidmətlər göstərmiş sənətçilərə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanları və nazirliyin fəxri fərmanları təqdim olunacaq.