“Məlikməmməd və sehrli almalar” tamaşasının premyerası keçiriləcək

“Məlikməmməd və sehrli almalar” tamaşasının premyerası keçiriləcək backend

Martın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilən “Məlikməmməd və sehrli almalar” tamaşasının premyerası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov və Xəyal Salahov ifa edəcəklər.
Diaspora