862 səhifəlik Təbriz kitabı pulsuz

862 səhifəlik Təbriz kitabı pulsuz backend

Bu gün “Park İn Hotel”də yazıçı Əli Poladın “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirilib. Axar.az xəbər verir ki, tədbirdə alim, pedaqoq Etibar Babayev, media nümayəndələri və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan Etibar Babayev Əli Poladın həyat və yaradıcılığı haqda məlumat verib, onun həm AYB üzvü, həm də bir neçə universitetin fəxri professoru olduğunu bildirib. Daha sonra kitab haqqında danışan yazıçı Əli Polad bunları deyib:


“Bu kitab üzərində 6 ildir çalışırdım. Təxminən 20-30 mənbədən istifadə etdim. 862 səhifəlik kitabda Təbrizə aid 720-dən çox foto yer alıb. Kitab pulsuz paylanacaq. Ümumiyyətlə, bu günə qədər mənim 24 kitabım işıq üzü görüb, heç birini satmamışam. Hamısı pulsuz paylanıb. “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabı 5 dildə çap olunub”.

Qeyd edək ki, “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının növbəti təqdimat mərasimi martın 3-ü saat 18:30-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Diaspora