Sabah Suraxanıdakı “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda Gənclər və İdman Nazirliyi tərəfindən “Mədəni irs” Gənclər Festivalı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12.00-da keçiriləcək festivalda 100 nəfərə yaxın tələbə və gənc iştirak edəcək.Festivalın keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.
Festivalda yerli və xarici qonaqlar iştirak edəcəklər.