İlhamə Quliyevanın ölümü ilə bağlı ekspertizanın nəticəsi 15 gün sonra açıqlanacaq.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu xalq artistinin oğlu Orxan Nadirov deyib.Onun sözlərinə görə, hələlik ölümün dəqiq səbəbi məlum deyil: “Vəsiyyəti və başqa hüquqi işlərlə vəkil məşğul olur. Vəsiyyət etmişdi ki, onu tabutda dəfn edək. Amma müsəlman qaydasına görə insan dünyasını dəyişəndə onu tabutda dəfn etmirlər. Anam da əsl müsəlman qadın idi, ona görə də mən onu tabutda dəfn edə bilmərəm”.