84 yaşında vəfat edən məşhur italiyalı yazar Umberto Eko üçün İtaliyanın Milan şəhərində yerləşən Kastello Sforçesko malikanəsində vida mərasimi təşkil edilib. Axar.az xəbər verir ki, əsərləri, elmi işləri və fikirləri bütün dünyada tanınan Ekonun nəşinin üzərinə Bolonya Universitetində istifadə etdiyi professorluq cübbəsi də qoyulub.
Ekonun cənazə mərasimində İtaliya Mədəniyyət və Təhsil nazirləri ilə yanaşı yazarın doğulub böyüdüyü, işlərini həyata keçirdiyi Alessandriya, Milan, Bolonya, Turin kimi şəhərlərin bələdiyyə sədrləri, Oskar ödüllü italyan aktyor Roberto Beninyi, eləcə də minlərlə pərəstişkarı iştirak edib.