Azərbaycanda kinoteatrlara vaxt verildi

Azərbaycanda kinoteatrlara vaxt verildi backend

Azərbaycanda subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimələnəcək, subtitri olmayan filmlər isə dövlət qeydiyyatına alınmayacaq. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu gün keçirilən brifinqdə deyib.


Onun sözlərinə görə, xarici filmlərin subtitrsiz nümayiş olunması ictimaiyyətdə narahatlıq yaradır: "Filmlərin tərcüməsini təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik. Onlara aprelin 15-dək vaxt vermişik ki, öz distribüterləri ilə danışıq aparsınlar".
Diaspora