Rusiyanın “Eurovision“u boykot etməsi təklif edilib

Rusiyanın “Eurovision“u boykot etməsi təklif edilib backend

Sankt-Peterburq parlamentinin deputatı Vitaliy Milonov Rusiya mədəniyyət naziri Vladimir Medinskiyə “Eurovision” musiqi müsabiqəsini boykot etməklə bağlı müraciət ünvanlayıb.

APA-nın tass.ru-ya istinadən verdiyi məlumata görə, deputat bildirib ki, rusiyalı musiqiçilərin bu müsabiqədə iştirakı ölkənin dini və ideoloji cəhətdən sağlamlaşdırılması xəttindən uzaqlaşması deməkdir.

O, ötən il “Eurovision” mahnı müsabiqəsində “saqqallı qadın” Konçita Vurstun çıxışını xatırladaq, bununla milyonlarla həmyerlisinin təhqir olunduğunu qeyd edib: “Son illər “Eurovision”da baş verənlər musiqi sənətini ələ salmağın xüsusi forması və qeyri-sağlam mədəni meyllərin aşılanmasıdır”.

Bununla bağlı deputat mədəniyyət nazirini müxtəlif ölkələrdən olan vətəndaşların zövq və ənənələrini özündə birləşdirəcək Avroasiya musiqi müsabiqəsinin təşkil olunması ideyasının dəstəkləməyə çağırıb: “Bizim ölkə elə bir səviyyəyə çatıb ki, özünün və yaxın tərəfdaşlarının mədəni cəhətdən inkişaf vektorunu müəyyənləşdirə bilər”. O, yeni təşkil olunmasını təklif etdiyi musiqi müsabiqəsində potensial iştirakçı qismində Belarus, Qazaxıstan, Ermənistan, Azərbaycan, Yunanıstan, Kipr, Serbiya və digər ölkələri gördüyünü vurğulayıb.
Diaspora