Səfir: “Azərbaycan ilə Çexiyanı möhkəm dostluq birləşdirir”

Səfir: “Azərbaycan ilə Çexiyanı möhkəm dostluq birləşdirir” backend

Çexiya Respublikasının Azərbaycandakı səfirliyində “Multikulturizm İli” şərəfinə mərasim keçirilib.

Tədbirdə Praqada rəsmləri sərgilənmiş gənc Azərbaycan rəssamları mükafatlandırılıb.

Xatırladaq ki, ötən il mayın 4-dən 11-ə kimi keçirilən sərgi ölkəmizin Çexiyadakı səfirliyi, Azərbaycan Tədqiqatlar Mərkəzi, Karlova Universiteti və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Mərasimi giriş sözü ilə açan “Dirçəliş” təşkilatının sədri İslam Baxşəliyev ölkəmizdəki çoxəsrlik multikulturalizm ənənələrindən danışıb. O, qeyd edib ki, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin yaşayan Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir.

İ.Baxşəliyev gənc rəssamların Azərbaycan-Çexiya mədəni əməkdaşlığının möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Çexiya səfiri Vitezslav Pivonka qonaqları salamlayaraq qeyd edib ki, uzun illərdir Azərbaycan və Çexiyanı möhkəm dostluq telləri bağlayır. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Gənc rəssamların Praqada keçirilmiş sərgisi də bu əməkdaşlığın bariz nümunəsidir. Səfir qeyd edib ki, həmin sərgi çexlər arasında böyük maraq doğurub, onların Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan yaradıb.

Xalq Rəssamı Arif Hüseynov və digər natiqlər gənc istedadların fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar diləyiblər.

Sonra səfir Vitezslav Pivonka rəssamlara və onların müəllimi, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri sənət studiyasının rəhbəri Tatyana Kesara Karlova Universitetinin sertifikatlarını, habelə Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunmuş bülletenləri təqdim edilib.
Diaspora