Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlu Kemerova vilayətində konsert verəcək.
Qaziler.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə qərar P.Bülbüloğlunun vilayət qubernatoru Aman Tuleyevlə görüşündə verilib.A.Tuleyev səfir olduqdan sonra da yaradıcılıq fəaliyyətini dayandırmayan və konsertlər verməkdə davam edən Polad Bülbüloğlunu “Şaxtaçılar günü-2016”nın qonağı olmağa və burada çıxış etməyə dəvət edib.
Səfir dəvəti qəbul edib.