Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl cücə” nağıl-tamaşanın məşqlərinə başlanılıb. Teatrdan Lent.az-a verilən məlumata görə, uşaq tamaşasının müəllifləri V. Ulyanovskiy və V. Orlovdur. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu-rejissoru əməkdar artisti Svetlana Bulaxdır. Rejissor tamaşamız uşaqları əyləndirməklə yanaşı, həm də onların intellektinin inkişafına yardımçı olacağını deyir.
Tamaşanın rejissor-assistenti Tamilla Aslanovadır. Səhnə əsərində rolları əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edir.