Məşhur “Simpsonlar” serialının ssenari müəllifi və prodüseri Sam Simon dünyasını dəyişib. Rusiya mətbuatının verdiyi məlumata görə, yazıçı Los-Ancelesdə öz evində vəfat edib.
Məlumata görə, S.Simon 2013-cü ildən bağırsaq xərçəngindən əziyyət çəkirdi. O, serial ssenariləri ilə yanaşı, televiziya komediyaları üzərində də çalışırdı. S.Simon həmçinin sahibsiz itlərə kömək məqsədilə xeyriyyə fondu yaratmışdı.“Simpsonlar” serialının ssenari müəllifi Sam Simon öldü

