Xalq artisti, rejissor Tofiq İsmayıl xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimovun APA-ya verdiyi məlumata görə, T. İsmayılovun vəziyyəti stabil qiymətləndirilir: “Hazırda reanimasiyadadır. Müalicələri davam edir, get-gedə səhhətində irəliləyiş var. Vəziyyətini stabil qiymətləndirmək olar”.
T. İsmayılov Hepatit virusundan əziyyət çəkir.Qeyd edək ki, T. İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
“Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Çarvadarların izi ilə”, “Musiqi müəllimi” və s. filmlərin müəllifidir.