Bu gün “Ştirlis“in 88 yaşı tamam olur

Bu gün “Ştirlis“in 88 yaşı tamam olur backend

"Baharın on yeddi anı"... Orta və yaşlı nəslin nümayəndələrinin bəlkə ən çox baxdığı filmlərdəndi bu. Sovet kinematoqrafiya tarixinin ən məşhur nümunələrindən olan bu filmin qəhrəmanı Otto fon Ştirlis uzun müddət çoxlarının qəhrəmanı, idealı olmuşdu. Rolun ifaçısı Vyaçeslav Vasilyeviç Tixonov isə Ştirlis obrazı ilə həyatı və yaradıcılığında ən böyük uğura imza atmışdı. Bu gün SSRİ və Rusiyanın məşhur kinoaktyorunun anadan olmasından 88 il ötür.

Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva quberniyasının Pavlovski-Posad şəhərində, sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o, 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.

Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotik alüdəçisi Vladimir dünyasını dəyişir.

Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur. V.Tixonov ömrünün son 15 ilini isə tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir.

Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon Ştirlis rolu olsa da, aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca obrazıdır. Çünki burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.
Diaspora