Martın 14-də İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətinin “Kulis”ə verdiyi məlumata görə tədbir İsmayıllı rayon İcra hakimiyyəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsidir.
Operada Leyli partiyasını Azərbaycan Respublikasının Xalq Artisti Nəzakət Teymurova, Məcnun rolunu isə Xalq Artisti Mənsum İbrahimov ifa edəcəklər. Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil xanım Hacıyeva idarə edəcək.