Londonda gənc rəssamların Xocalı soyqırımına həsr edilmiş sərgisi keçiriləcək. Bu barədə Trend Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) istinadən məlumat verir.
Sərgidə Böyük Britaniyadan olan tələbələrin və gənc rəssamların əsərləri təqdim ediləcək. Münaqişələrin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlar Xocalı Sülh mükafatına layiq görüləcək.Tədbir fevralın 24-də keçiriləcək.