“YUĞ“ köhnə məkanında son tamaşasını təqdim etdi

“YUĞ“ köhnə məkanında son tamaşasını təqdim etdi backend

"YUĞ" teatrı köhnə məkanında son tamaşasını təqdim edib. "Boy" adlı tamaşa maraqla qarşılanıb. Tamaşa "Kitabi-Dədə Qorqud"un motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Tərlan Rəsulov, aktyor heyəti isə Məmməd Səfa, Yaqut Paşazadə, Elgün Həmidov və başqa aktyorların iştirakı ilə tamamlanıb.


Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən “YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “YUĞ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
Diaspora