Məşhur aktyorun təyyarəsi qəzaya uğradı.Tanınmış aktyor qəzaya uğradı. Məşhur amerikalı aktyor Harrison Fordun idarə etdiyi kiçik təyyarə Kaliforniyada qəzaya uğrayıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 72 yaşlı Harrison Fordun idarə etdiyi 2 nəfərlik birmotorlu kiçik təyyarə Santa-Monika hava limanından 1 kilometr uzaqdakı qolf sahəsinə düşüb. Xəstəxanaya çatdırılan aktyorun başından zədə aldığı və bir neçə yarasının olduğu bildirilib. Qəzanın mexaniki problemdən dolayı baş verdiyi deyilir.Məşhur aktyorun təyyarəsi qəzaya uğradı

