Fevralın 1-dən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək “YUĞ” Teatrı köhnə məkanda yanvarın 29-u, saat 19:00-da sonuncu dəfə tamaşaçı qarşısına çıxacaq.
Lent.az-ın məlumatına görə, Tərlan Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşasında əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.Tamaşaya bütün media nümayəndələri dəvətlidir.