“Səbinə də, uşaq da yaxşıdır“

“Səbinə də, uşaq da yaxşıdır“ backend

"Eurovision" təmsilçimiz Səbinə Babayevanın qayınanası, kinoaktrisa Fərqanə Quliyeva yeni dünyaya gələn nəvəsi haqqında danışıb.

"Eurovision" təmsilçimiz Səbinə Babayevanın qayınanası, kinoaktrisa Fərqanə Quliyeva yeni dünyaya gələn nəvəsi haqqında danışıb.

Qaziler.az
-ın milli.az-a istinadən məlumatına görə, "Allahın köməkliyi ilə Səbinə də, uşaq da yaxşıdır. Bütün ailəmiz, biz nənələr başda olmaqla hamımız sevinirik. Mənim böyük oğlumun bir oğlu var. Bu isə ortancıl oğlumun ilk uşağıdır. 3-cü oğlum isə evli deyil. Allahdan rica edirəm ki, o, evlənəndə də oğlu dünyaya gəlsin. Sonra isə mənim kimi gözəl qızları... Qismətdən artıq yemək olmaz", - deyə aktrisa bildirib.

Qeyd edək ki, Fərqanə Quliyeva dövrünün məşhur aktrisalarından biri olub. O, bir çox filmlərdə rollar oynayıb.


Diaspora